Ukrayna ordusunu satan şəxs ələ keçirildi

Ukrayna ordusunu satan şəxs ələ keçirildi backend

Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) əməkdaşları ölkənin şərqində Donbas separatçılarına məlumat ötürən şəxsi yaxalayıb.

Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, saxlanılan şəxs 2015-ci ilin dekabrından etibarən Ukrayna ordusunun yeri, döyüşçülərinin və hərbi texnikasının sayı barədə separatçılara mütəmadi məlumat ötürüb.

O, ifadəsində separatçılara xidmət etdiyini etiraf edib.

Qeyd edək ki, saxlanılan şəxs barəsində Ukrayna Cinayət Məcəlləsinin 258.3 maddəsi (terror təşkilatına yardım etmək – red.) ilə cinayət işi açılıb.