ABŞ prezidenti Barak Obama İrana qarşı sanksiyaların müddətini uzadıb. APA-nın məlumatına görə, Ağ Evin məlumatında belə deyilir.
“İran hökumətinin siyasəti və müəyyən hərəkətləri ABŞ-ın milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatı üçün mühüm təhlükələr yaratmağa davam edir. Odur ki, 1995-ci il, 15 mart tarixli qərar qüvvədə qalmalıdır”, sənəddə qeyd olunur.Bundan əvvəl, Obama Konqresi İrana qarşı əlavə sanksiyaların tətbiqi ilə bağlı təkliflərdən imtina etməyə çağırmışdı.