ABŞ Konqresi Ukraynaya müdafiə məqsədi ilə əlavə maliyyə ayrılması qərarını təsdiqləyib. Axar.az CNN-ə istinadən xəbər verir ki, bu haqda məlumatı ABŞ Müdafiə nazirinin Rusiya, Ukrayna və Avrasiya məsələləri üzrə köməkçisi Maykl Karpenter verib.
Verilən məlumata görə, ABŞ Ukraynanın ölkə müdafiəsini gücləndirməsi üçün ona 250 milyon dollar məbləğində əlavə yardım ayırır.