Rusiya daha bir helikopter qəzası: Ölənlər var

Rusiya daha bir helikopter qəzası: Ölənlər var backend

Rusiyanın Vladimirskaya əyalətində Daxili İşlər Nazirliyinə aid helikopterin qəzaya uğraması nəticəsində 2 nəfər həlak olub.

Qaziler.az Axar.aza istinadən xəbər verir ki, bu barədə sözügedən əyalətin meri Svetlana Orlova söyləyib.

O, qəza zamanı 2 nəfərin də ağır yaralandığını bildirib.

Qəzanın dəqiq səbəbi bilinməsə də, ilkin versiya kimi texniki nasazlıq göstərilir.

Digər məlumata görə, uçuş zamanı helikopterdə yanğın baş verib.