Türkiyədə polis binasına və hərbi şəhərciyə hücum edilib, 2 polis şəhid olub

Türkiyədə polis binasına və hərbi şəhərciyə hücum edilib, 2 polis şəhid olub backend

Türkiyənin Mardin vilayətinin Nusaybin rayonunda yol polisinin inzibati binasına və polislərlə hərbçilərin yaşadığı şəhərciyə hücum edilib.

Qaziler.az bildirir ki, APA-nın yerli mətbuata istinadən xəbərinə görə, PKK terrorçuları eyni zamanda ərazidə partlayıcı qurğu quraşdırılmış avtomobili partladıblar, iriçaplı silahlarla atəş açıblar. Nəticədə güclü partlayış olub və yanğın baş verib. İlkin məlumata görə, 2 polis şəhid olub, şəhərcikdə yaşayan 14 nəfər isə xəsarət alıb. Hadisə yerinə çoxlu sayda təcili tibbi yardım briqadası və yanğınsöndürən maşınlar cəlb olunub.

Təhlükəsizlik qüvvələri ilə terrorçular arasında başlayan atışma davam edir.