Suriyanın bütün ərazisində elektrik enerjisi kəsilib

Suriyanın bütün ərazisində elektrik enerjisi kəsilib backend

Suriyanın bütün ərazisində elektrik enerjisinin verilməsi dayandırılıb.

Musavat.com xəbər verir ki, bu barədə məlumat Suriyanın rəsmi agentliyi SANA-da yer alıb.

Məlumata görə, agentlik Energetika Nazirliyinə istinadən yazıb: “Hazırda Suriyanın bütün şəhərlərində elektrik enerjisi kəsilib”.

Adının çəkilməsini istəməyən qaynaq bildirib ki, problemin həlli üçün araşdırmalara başlanılıb.

Rəsmilər bildiriblər ki, ölkənin bəzi bölgələrində internet də kəsilib.