Saxlanmış şəxsin corabına narkotik salmış polis tutuldu

Saxlanmış şəxsin corabına narkotik salmış polis tutuldu backend

Moskvada dindirilmə zamanı şübhəli qismində saxlanmış şəxsin corabına narkotik vasitə salmış polis əməkdaşları yaxalanıb.

Virtualaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki, Moskvanın Xoroşovo-Mnyovniki rayonunda törədilmiş cinayətə görə saxlanmış şəxs 3 nəfər polis əməkdaşı tərəfindən dindirilmək üçün bölməyə gətirilib.

Burada polis əməkdaşlarından biri həmin şəxsin corabının içinə narkotik vasitə bükülmüş paket salıb və sonradan nümayişkaranə şəkildə onu çıxarıb. Saxlanmış şəxs barədə narkotik vasitələrin saxlanması və istifadəsi maddəsi üzrə cinayət işi başlanılması məqsədilə sənədlər rəsmiləşdirilib.

Yoxlama zamanı məlum olub ki, narkotik vasitə polis əməkdaşları tərəfindən coraba salınıb. Bununla bağlı polis işçiləri saxlanılıblar.