Kreml Bolqarıstanın Rusiya prezidentini ölkənin Osmanlı boyunduruğundan xilas olması gününə dəvət etməməsini Sofiyanın suveren qərarı hesab edir. Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov söyləyib. Onun sözlərinə görə, Kreml bununla bağlı, ümumiyyətlə, Bolqarıstandan heç bir dəvət almayıb.
Qeyd edək ki, Bolqarıstan mətbuatı ölkənin Osmanlı boyunduruğundan azad olunması günü münasibəti ilə keçiriləcək tədbirə Vladimir Putinin yerinə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvət edildiyi haqqında məlumat yayıb.
Bolqarıstan 1396-1878-ci ildə Osmanlı imperiyasının tərkibində olub. 1877-1878-ci ildə Osmanlı ilə Rusiya arasında olan savaşdan sonra San-Stefano müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, Bolqarıstan dövləti yaranıb. Üstəlik, Monteneqro, Serbiya, Rumıniya müstəqillik qazanıb.



