Şimali İraqda hava əməliyyatı keçirən Türkiyə Silahlı Qüvvələrinə məxsus helikopter PKK terrorçuları tərəfindən vurulub. Axar.az xəbər verir ki, bu barədə Rusiyanın RT telekanalı məlumat yayıb.
Xəbərə görə, hadisə fevralın 16-sı baş verib. S-70 Black Havk (Qara Şahin) tipli helikopter Türkiyənin Hakkari vilayəti ilə sərhəd əraziyə düşüb. Helikopterdə olan 6 hərbçi həlak olub.
ABŞ-Kürd İnformasiya şəbəkəsi faktı təsdiq edib.
Qeyd edək ki, hadisədən 16 gün keçməsinə baxmayaraq, Türkiyə tərəfi indiyə qədər heç bir açıqlama verməyib. Bu da məlumatın doğru olmasını sual altına alır.



