ABŞ-dan üç ölkəyə qarşı hərbi tribunal çağırışı

ABŞ-dan üç ölkəyə qarşı hərbi tribunal çağırışı backend

ABŞ Nümayəndələr Palatasının Xarici işlər üzrə komitəsi Bəşər Əsəd və onun müttəfiqləri ilə bağlı qətnamə qəbul edib.


Axar.az xəbər verir ki, bu barədə informasiyanı ABŞ mətbuatı yayıb. Mətbuat qətnamədə Əsəd hökuməti, Rusiya və İranın Suriya xalqına qarşı hərbi cinayətlər törətməkdə günahlandırıldığını bildirib. Nümayəndələr Palatası bu qətnamə vasitəsilə adı çəkilən ölkələrə qarşı beynəlxalq tribunalın yaradılmasına və ABŞ-ın bu işdə dünyaya yardım etməsinə çağırış edib.