Obama xüsusi nümayəndəsini İraqa göndərdi

Obama xüsusi nümayəndəsini İraqa göndərdi backend

ABŞ prezidentinin İŞİD-lə mübarizə məsələləri üzrə xüsusi nümayəndəsi Brett Makqurk İraqa səfər edib. Axar.az xəbər verir ki, ABŞ-ın Bağdad səfirliyi Ağ Ev rəsmisinin İraq Prezidenti Fuad Məsum və Baş nazir Heydər Abadi ilə bir araya gələcəyini açıqlayıb.


Görüşlərdə İŞİD-lə mübarizə, Suriyadakı vəziyyət müzakirə olunacaq.

Xatırladaq ki, bu, ABŞ rəsmisinin 2016-cı ildə İraqa ikinci rəsmi səfəridir.