Pentaqon: “İran Rusiyadan silah alacaq“

Pentaqon: “İran Rusiyadan silah alacaq“ backend

Biz hesab edirik ki, İran yaxın gələcəkdə Rusiyadan silah almağa başlayacaq.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin direktoru general-leytenant Vinsent Stüart söyləyib.

Onun sözlərinə görə, İrana qarşı sanksiyaların aradan qalxdığı bir vaxtda bu tamamilə mümkündür:

“Rusiya Suriya prosesində Yaxın Şərqə və bütün dünyaya öz müasir hərbi texnologiyalarını nümayiş etdirir. Şübhəsiz, bu İranın Rusiyadan hansısa hərbi texnologiyalar almasına gətirib çıxaracaq”.