İndoneziyanın hakimiyyət orqanları Sumatra sahillərində baş vermiş 7,9 bal gücündə zəlzələ nəticəsində bir neçə nəfərin həlak olduğu barədə məlumat yayıb.
Qaziler.az Azərtac-a istinadən bildirir ki, bu barədə açıqlama verən Xilasetmə Xidmətinin rəis müavini Xeronimus Quru deyib ki, təbii fəlakət nəticəsində neçə nəfərin həlak olduğu dəqiq bilinmir.Almaniyanın Yerin Öyrənilməsi Mərkəzinin məlumatına əsasən, yeraltı təkanların ocağı 10 kilometr dərinlikdə, episentri İndoneziyanın Padanq limanının 792 kilometrliyində yerləşib. Yerli hakimiyyət orqanları sunami təhlükəsinin gözlənilmədiyini bildiriblər.
Honkonq Meteoroloji Observatoriyasının məlumatına görə isə zəlzələnin gücü 8,2 bala bərabər olub.