ABŞ kəşfiyyatı “Kasperski”dən şübhələnir

ABŞ kəşfiyyatı “Kasperski”dən şübhələnir backend

ABŞ Müdafiə Nazirliyinin kəşfiyyat idarəsi “Kasperski laboratoriyası”nın proqramlarından istifadə edən kompüter şəbəkələrinin rusiyalı hakerlər tərəfindən “sındırılması” təhlükəsi barədə xəbərdarlıqla çıxış edib.


İKT.lent.az-ın “The Washington Free Beacon”a istinadən verdiyi məlumata görə, Pentaqon sənaye sahələrində çalışan şirkətlərin “Kasperski”nin məhsullarını əldə etməsi ehtimalından narahatdır. Belə ki, onların fikrincə, bu proqram rusiyalı hakerlərin kompüterlərə müdaxiləsinə və məlumat toplamasına kömək edə bilər.

Qeyd edək ki, rusiyalı hakerlərin ABŞ sənaye şəbəkələrində kiberkəşfiyyat aparması barədə məlumatlar var.