ABŞ Əfqanıstana yeni komandir göndərdi

ABŞ Əfqanıstana yeni komandir göndərdi backend

NATO və ABŞ-ın Əfqanıstandakı missiyasına Con Nikolson rəhbərlik edəcək. Axar.az xəbər verir ki, bu barədə informasiyanı ABŞ mətbuatı yayıb. Mətbuat Nikolsonun artıq 18 aydır bu vəzifədə çalışan Con Kempeli əvəz etdiyini bildirib.


Qeyd edək ki, NATO və ABŞ qoşunları 2001-ci ildən Əfqanıstandadır. Bu ildən etibarən ABŞ Əfqanıstanda 9800 nəfər, NATO isə 5500 nəfərlik qoşun saxlayacaq.