NATO generalı: “Miqrant böhranını Rusiya yaradır”

NATO generalı: “Miqrant böhranını Rusiya yaradır” backend

Rusiya məqsədli şəkildə Suriya hakimiyyətinə miqrant böhranının yaradılmasında köməklik edir. Axar.az xəbər verir ki, bunu ABŞ Senatının Silahlı Qüvvələrlə İş üzrə Komissiyası qarşısında çıxışı zamanı NATO-nun Avropadakı qoşunlarının komandanı Filip Bridlav söyləyib. Onun sözlərinə görə, Moskva bu böhrandan Avropaya qarşı silah kimi istifadə edir:

“Rusiya İŞİD-lə mübarizə üçün az iş görüb. O, yalnız Suriyada Bəşər Əsədin mövqelərini möhkəmləndirib. Suriya hökuməti yerli əhaliyə qarşı varil bombalarından istifadə edir. Bu cür silahların istifadəsinə heç cürə haqq qazandırmaq olmaz. Onların məqsədi Suriya əhalisini qorxudub, qaçmağa məcbur etmək idi. Avropaya axın edən qaçqınlar arasında terrorçular, cinayətkarlar da var. Onlar Avropada terror təhlükəsini ciddi şəkildə artırırlar”.