Millət vəkili: “PKK Ermənistana əsgər göndərir”

Millət vəkili: “PKK Ermənistana əsgər göndərir” backend

Bu Vətən hamımızındır, ona görə də onun bölünməsinə imkan vermərik. Axar.az xəbər verir ki, bunu Türkiyə mətbuatına açıqlamasında millət vəkili Qənirə Paşayeva deyib. Deputat Kayseridə Yeni Üfüqlər Dərnəyi tərəfindən “Bir millət, iki dövlət: Azərbaycan-Türkiyə əlaqələri nə vəd edir?” mövzusunda təşkil olunan konfransa qatılıb.


Q.Paşayeva türklərin tarix boyu xainlərlə üzləşdiyini və hər zaman onları məğlub etdiyini qeyd edib:

“Bu vətəni bölmək istəyənlər, böldürmək istəyənlər elə düşünməsinlər ki, onların qarşısında, sadəcə, Türkiyədəki insanlar var. Bu Vətən hamımızındır, onun bölünməsinə imkan vermərik”.

Türkiyə mətbuatı isə bir müddət öncə millət vəkilinin Xocalı soyqırımı ilə bağlı bu açıqlamasını yenidən dərc edib:

“24 il öncə əlini Xocalı qanına batıran Ermənistan prezidenti Sərkisyan və indiki müdafiə naziri Ohanyanı PKK və Ermənistan bayrağına sarılmış terrorçuların cənazəsində gördük. PKK bu gün Ermənistana əsgər göndərir. İllər öncə də ədalət qarşısında cavab vermədikləri üçün Qarabağda amansızcasına terror və qətliamlar törətdilər. Bu kimi qətliamlarda ASALA-nın rolu böyükdür. Ona görə də Azərbaycan və Türkiyə ortaq problemlərinin həllində birgə hərəkət etməlidir”.