Yaponiyanın elektronika istehsalçısı olan “Toshiba” şirkəti Avropa bazarını tərk edir. İKT.lent.az-ın “The Register” nəşrinə istinadən məlumatına görə, bu ilin mart ayından masaüstü kompüterlərin Avropa bazarına tədarükü dayandırılacaq. Bundan sonra istehsalçı diqqətini yerli və Amerika bazarlarının korporativ seqmentinə cəmləyəcək.
“Toshiba” şirkəti 2015-ci ildə Rusiya bazarından gedib. Bundan sonra belə bir şayiələr yayılıb ki, şirkət masaüstü kompüter biznesindən çıxmaq niyyətindədir. Sonradan istehsalçı yayılan bu xəbəri təkzib edərək bildirib ki, ancaq fərdi müştərilərlə işləməkdən imtina edəcək. Şirkət əsasən korporativ alıcılara önəm verir. Çünki bu seqmentdə vəziyyət daha sabitdir.