Dağıstanın azərbaycanlılar yaşayan Dərbənd şəhərində anti-terror əməliyyatı başlayıb.
Lent.az-ın yerli KİV-ə istinadən verdiyi məlumata görə, bu gün səhər 6-dan etibarən Dərbənd rayonunda xüsusi rejim tətbiq olunub. Şəhərin giri-çıxışı ciddi nəzarətə götürülüb. Əməliyyat rayon ərazisində və Dərbənd şəhərində yaraqlıların axtarışı ilə bağlıdır.Dərbənddə anti-terror əməliyyatı başladı: şəhərə giriş-çıxış bağlanıb

