İraq ordusu paytaxt Bağdadın mərkəzindən 95 kilometr uzaqlıqda yerləşən Samarra bölgəsini İŞİD-dən geri almaq üçün əməliyyatlara başlayıb.
Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə İraqın Xüsusi Qüvvələr Komandanlığı məlumat yayıb.İŞİD-in nəzarətində olan Samarra bölgəsinin olduqca strateji əhəmiyyətə malik olduğu bildirilib.
Məlumata görə, əməliyyatlarda könüllü döyüşçülər də iştirak edəcək.
Qeyd edək ki, əməliyyat qərarı 3 gün əvvəl Bağdadda baş verən terror aktından sonra qəbul edilib.