Qazaxıstanda ilk dəfə Təşəkkür Günü qeyd olunur

Qazaxıstanda ilk dəfə Təşəkkür Günü qeyd olunur backend

Martın 1-də Qazaxıstanda ilk dəfə yeni bayram – Təşəkkür Günü qeyd olunur.

2015-ci il yanvarın 14-də Prezident Nursultan Nazarbayev “Qazaxıstan Respublikasında peşə və digər bayramlar haqqında” Fərman imzalayıb. Sənədə əsasən, martın 1-i Təşəkkür Günü elan olunub.

Tarix isə təsadüfi seçilməyib. Məhz 1995-ci il martın 1-də Qazaxıstan Xalqlar Assambleyası təsis olunub və 2015-ci ildə Assambleyanın iyirmi illiyinin qeyd olunması çərçivəsində dövlət başçısı bu günü Təşəkkür Günü kimi elan etməyi təklif edib. Həmin gün ölkədə bütün etnosların nümayəndələri bir-birinə və qazaxlara bir çox etnosların ölkəyə deportasiya olunduğu illərdə onlara bəslənilən dözümlü münasibətə və qonaqpərvərliyə görə təşəkkür edə bilərlər.

Həmin gün bütün tədbirlər Qazaxıstan xalqının birliyinin və həmrəyliyinin möhkəmlənməsinə, dövlət dilinin geniş yayılmasına, böyüməkdə olan nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə yönəldiləcək.