Lavrovdan qalmaqallı Türkiyə açıqlaması

Lavrovdan qalmaqallı Türkiyə açıqlaması backend

Türkiyə-Suriya sərhədi tez bir zamanda bağlanmalıdır.

Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov BMT-nin Baş katibi Pan Gi Munla görüşündən sonra jurnalistlərə açıqlamasında deyib.

“Türkiyədən Suriyadakı terrorçulara silah göndərilir. Bunun qarşısını almaq üçün Türkiyə-Suriya sərhədi bağlanmalıdır”, - Lavrov bildirib.

Qeyd edək ki, Suriyada atəşkəsin əldə edilməsinə baxmayaraq, Rusiya qırıcıları Hələb, Xüms, Azez və digər iri şəhərlərdə mülki əhalini hədəf almaqda davam edir.