ABŞ: “Rus hədəflərində qaranlıq məqamlar var”

ABŞ: “Rus hədəflərində qaranlıq məqamlar var” backend

Rusiyanın atəşkəsi pozması ilə bağlı məlumat əldə etməmişik. Axar.az xəbər verir ki, bu sözləri Ağ Ev sözçüsü Coş Ernest gündəlik mətbuat konfransında deyib.


Vaşinqton rəsmisinin sözlərinə görə, ABŞ koordinasiya mərkəzi atəşkəsi nəzarətdə saxlayır:

“Bu barədə danışmaq hələ çox tezdir. Atəşkəs 3 gündür elan olunub. Eyni zamanda Rusiyanın hansı hədəfləri seçməsi ilə bağlı qaranlıq məqamlar var”.

Xatırladaq ki, Rusiya Xarici İşlər nazirinin müavini Mixail Boqdanov döyüş təyyarələrinin 4 gündür əməliyyat keçirmədiyini açıqlayıb.