Rusiya dünyanın ən ucuz mobil interneti olan ölkələrin reytinqində ikinci ölkə olub. İKT.lent.az-ın “runews24.ru” saytına istinadən məlumatına görə, bu siyahı “Content Review” analitik agentliyi tərəfindən tərtib edilib. Reytinq zamanı dünyanın 50 ölkəsində 1 Geqabayt mobil internetin qiyməti nəzərə alınıb.
Dünyanın ən ucuz internetinə görə ilk yeri İran tutub. Belə ki, bu ölkədə 1 Gb internetin qiyməti Azərbaycan manatına çevirdikdə 0,26 manat təşkil edir. Rusiyada isə 1 Gb internetin qiyməti 117 rubl və ya 2,41 manatdır.Liderlərin ilk üçlüyünə həmçinin Polşa daxil edilib. Bu ölkədə 1 Gb internet 2,70 manata başa gəlir.
Çin, Avstraliya və ABŞ-da isə istifadəçilər üçün mobil internetin qiyməti bu ölkələrdən 3 dəfə bahadır. Sonrakı yeri Böyük Britaniya (22,88 manat) tutur.
50 ölkədən ibarət siyahının sonuncu pilləsində isə Venesuela gəlir. Bu ölkədə internetin 1 Gb-ı 32,63 manata başa gəlir.