Çin Prezidenti Si Szinpin amerikalı həmkarı Barak Obama ilə görüşəcək. Axar.az xəbər verir ki, bu barədə Çinin Baş naziri Li Keçyan məlumat verib. Onun sözlərinə görə, prezidentlərin görüşü barədə ABŞ ilə danışıqlar aparılır.
Baş nazir liderlərin görüşünün tarixi barədə məlumat verməyib.



