ABŞ-dan Türkiyə ilə bağlı xəbərdarlıq

ABŞ-dan Türkiyə ilə bağlı xəbərdarlıq backend

ABŞ Dövlət Departamenti vətəndaşlarının Türkiyəyə getməməsi barədə xəbərdarlıq edib. Axar.az xəbər verir ki, Departamentin yayığı müraciətdə Türkiyənin təhlükəli olduğu qeyd edilib.


Ayrıca, vətəndaşların turist zonalarına getməməsi, sıx yerlərdən uzaq durması, yerli medianı izləməsi tövsiyə olunub.

Xəbərdarlıqda Türkiyənin müxtəlif bölgələrində martın əvvəlindən etibarən nümayiş və terror hadisələrinin baş verə biləcəyi istisna edilməyib.

Xatırladaq ki, ABŞ sonuncu dəfə Türkiyə ilə bağlı fevralın 4-də oxşar müraciət yaymışdı.