Suriya kürdləri Rusiyaya siyahı göndərdi

Suriya kürdləri Rusiyaya siyahı göndərdi backend

Mart ayının 7-də Cenevrədə baş tutacaq Suriya danışqlarında kürdlərin iştirakı olmadan uğur əldə etmək mümkün deyil.

Axar.az TASS-a istinadən xəbər verir ki, bu açıqlama ilə Kürdüstan Milli Konqresinin Rusiyadakı nümayəndəsi Səlahəddin Soro çıxış edib.

Onun sözlərinə görə, kürdlər sözügedən danışıqlarda iştirak etmək niyyətindədir və ABŞ-la Rusiyanın bu haqda ədalətli qərar qəbul edəcəyinə inanırlar:

“Biz Rusiyaya Suriya danışıqlarında mümkün iştirakçılarının siyahısını təqdim etmişik. Siyahıda böhranın dinc yolla həlli uğrunda çalışan 15 suriyalı kürd nümyəndə var”.