Suriyada atəşkəs rejimi bəzi insidentlərə baxmayaraq, davam edir. Bu barədə jurnalistlərə BMT-nin Baş katibi Pan Gi Mun bildirib.
Qaziler.az-ın məlumatına görə, AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Pan Gi Mun fevralın 27-də qüvvəyə minən atəşkəs rejiminin azı iki həftə davam etməli olduğunu deyib. O, eyni zamanda, münaqişə tərəflərini atəşkəs rejiminə riayət etməyə çağırıb.Bir qədər əvvəl Suriya müxalifətinin danışıqlar üzrə ali komitəsi atəşkəs ideyasını dəstəklədiyini bəyan edib.