Rusiya Prezidenti Vladimir Putin martın 1-də Rusiyanın aparıcı neft şirkətlərinin rəhbərləri ilə görüşəcək. Axar.az xəbər verir ki, bu barədə “Vedomosti” qəzeti yazıb.
Kremlin mətbuat katibi Dmitri Peskov belə bir görüşün hazırlandığı barədə məlumatı təsdiqləyib, lakin əlavə informasiya verməyib.
Qəzet isə görüşün əsas mövzusunun neft bazarlarındakı vəziyyət, şirkətlərin aşağı qiymətlərə necə uyğunlaşdırılması və OPEK-lə hasilatın dondurulması barədə sazişin müzakirəsi olacağını yazıb.