Qazilər.az saytı xəbər verir ki, Finlandiya da Rusiyaya qarşı yeni sanksiyalara hazırdır. Bu barədə Finlandiya xarici işlər nazirliyinin başçısı Erkii Tuomioya bildirib. Finlandiya lazım gələrsə Rusiya əleyhinə yeni sanksiyalarda iştirak etməyə hazırdır. “Əgər ehtiyac olarsa biz yeni sanksiyaların tətbiqini istisna etmirik” – deyə nazir bildirib.
Əvvəlcədən məlum olduğu kimi, Avropa İttifaqına daxil olan ölkələrin xarici işlər nazirləri yanvar ayının 29-da Rusiyaya qarşı növbəti sanksiyalar paketi hazırlanması haqqında Avropa Komissiyasına müraciət ediblər.“RİA Novosti “ bildirir ki, həmin gün Avropa İttifaqına daxil olan ölkələrin xarici işlər idarəsinin başçıları Ukraynadakı vəziyyətlə bağlı növbədənkənar iclas keçirmək üçün yığışacaqlar.