ABŞ-da İslam dini ilə bağlı tarixi qərar verilib. Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Birləşmiş Ştatların ilk İslam universiteti - "Zaytuna College" ABŞ-ın Ali Təhsil Xidməti tərəfindən tanınıb.
Adıçəkilən ali məktəb 2010-cu ildən fəaliyyətə başlayıb. Universitet Məktəblər və Kolleclər Birliyi tərəfindən akkreditasiya olunub.