Türkiyənin Şırnak vilayətinin Vakıfkənd məhəlləsində naməlum şəxslər kafeyə hücum ediblər.
Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, silahlı şəxslərin kafeyə atəş açması nəticəsində 2 nəfər yaralanıb.Yaralılar dərhal Şırnak Dövlət Xəstəxanasına çatdırılıblar. Olay zamanı yaralananlardan birinin hərbçi olduğu bildirilib.
Polis axtarışlara başlayıb. Hadisənin terrorla bağlantısının olub-olmadığı araşdırılır.