2016-cı ildə ABŞ-da keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcək senator Rand Paul sensasiya sayılacaq açıqlama verib. Lent.az-ın xarici KiV-lərə istinadən məlumatına görə, senator bildirib ki, Kürdüstan üçün yeni sərhədlər cızacaq: “Kürdlərə yeni bir dövlət vəd edirəm”.
Respublikaçılar Partiyasının üzvü olan Paul onu da qeyd edib ki, kürdləri İŞİD-lə mübarizədə daha çox silahlandırmaq lazımdır. "Kürdlərin radikal cihadçılardan müdafiə olunmaları üçün müstəqil dövlətləri olmalıdır. Bunu söyləmək əlbəttə, onu həyata keçirməkdən daha asandır. Çünki yeni bir ölkənin sərhədlərini çəkmək üçün Türkiyə, İraq və Suriyadan torpaq alınması lazım olacaq".