Merkeldən biznesmenlərə Rusiya xəbərdarlığı

Merkeldən biznesmenlərə Rusiya xəbərdarlığı backend

Almaniya kansleri Angela Merkel Rusiyaya tətbiq olunan sanksiyaların yol açdığı böyük zərərə baxmayaraq, alman iş adamlarına səbirli olmağı tövsiyə edib. Axar.az xəbər verir ki, Xristian Demokrat Birliyi (CDU) partiyasının Stralsund şəhərində təşkil etdiyi iqtisadi şura konfransında danışan Merkel sanksiyaların ləğvini istisna etməyib:


“Sanksiyalar müəyyən ölçüdə müəssisələrə ağır bir zərbə oldu. Ancaq Minsk razılaşması həyata keçirilsə, sanksiyalar ləğv edilə bilər. Buna görə alman iş adamlarını səbrli olmağa çağırıram”.