Xüsusi xidmət orqanları Ketrin Eştonu izləyib

Xüsusi xidmət orqanları Ketrin Eştonu izləyib backend

Almaniya federal kəşfiyyat xidməti (BND) Avropa İttifaqı diplomatiyasının keçmiş rəhbəri Ketrin Eştonu izləyib. APA-nın xəbərinə görə, bu barədə “Spiegel” nəşri məlumat yayıb.


Məlumata əsasən, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik məsələləri üzrə sabiq nümayəndəsi 2009-ci ildən etibarən bir neçə il ərzində izlənməyə məruz qalıb.

Qeyd edək ki, ötən il Almaniya federal kəşfiyyat xidməti tərəfindən 2013-cü ilədək Avropa İttifaqı ölkələrinin səfirlilikləri və digər müttəfiq ölkələrin təsisatlarının izlənməsinin üstü açılmışdı.

Almaniya kəşfiyyatı tərəfindən izlənməyə məruz qalanlar arasında ABŞ Dövlət Departamenti, ABŞ-ın Sudandakı səfirliyi və Əfqanıstandakı yüksək rütbəli amerikalı hərbçilər də olub.