Ukraynanın Odessa şəhərində partlayış baş verib. TASS agentliyinin verdiyi xəbərə görə, insident “Samopomoş” partiyasının qərargahının yerləşdiyi binada qeydə alınıb.
“Partlayış yerli vaxtla saat 00:30-da binanın girəcəyində, 1-ci mərtəbədə baş verib”, deyə Ukrayna DİN-in Odessa vilayəti üzrə Baş İdarəsinin mətbuat xidmətinin rəhbəri Vladimir Şabliyenko bildirib.Onun sözlərnə görə, hadisə zamanı zərərçəkən olmayıb. Hüquq-mühafizə orqanları hadisəni terror aktı kimi qiymətləndirir.
Xatırladaq ki, martın 5-də Odessada “Sağ sektor” təşkilatının ofisində partlayış törədilmişdi.