Ukrayna bütün qapılarını NATO-ya açdı

Ukrayna bütün qapılarını NATO-ya açdı backend

Ukrayna Prezidenti Pyotr Poroşenko NATO-nun ölkədə nümayəndəliyinin olması ilə bağlı müqaviləni ratifikasiya edib.

Qaziler.az-ın məlumatına görə, Axar.az xəbər verir ki, bu barədə informasiyanı Ukrayna prezidentinin mətbuat xidməti yayıb.

Qeyd edək ki, bu müqavilə Ukrayna Xarici İşlər naziri Pavel Klimkin və NATO Baş katibi Yens Stoltenberq tərəfindən 2015-ci ilin sentyabrında imzalanıb. Sənədə əsasən, NATO-ya ölkə ərazisində diplomatik nümayəndəlik yaratmasına izn verilir.

Bundan öncə Ukraynada NATO-nun hərbi və mülki ofisi olub. Bu müqavilə sayəsində onların hər ikisi birləşdiriləcək və səlahiyyətləri artırılacaq.