Ukrayna prezidenti Pyotr Poroşenko Rusiya prezidenti Vladimir Putinə məktub göndərib. Poroşenko özü bunu Polşa telekanallarından birinə verdiyi müsahibəsində bildirib. Onun sözlərinə görə, məktubda Minsk müqaviləsinin şərtlərinə uyğun olaraq təyyarəçi Nadejda Savçenkonun azadlığa buraxılmasına çağırıb:
“Mən prezident Putinə məktub gondərmişəm. Orada atəşkəsin dayandırılması ilə yanaşı, Minsk müqaviləsinin şərtinə uyğun olaraq təyyarəçi Savçenkonun azad olunması tələbi də var.”Xatırladaq ki, 33 yaşlı Savçenko Ukraynanin şərqində gedən əməliyyatlarda “Aydar” batalyonunun tərkibində vuruşub. O, sərhəddi qaçqın kimi keçərkən Rusiyada saxlanıb. Savçenko özü isə bildirir ki, onu oğurlayıblar.
Rusiya Federasiyası təyyarəçini rus jurnalistləri İqor Kornelyuk və Anton Voloşinin öldürulməsində iştirakda günahlandırır.