“Apple“ hökumətin sındıra bilməyəcəyi sistem hazırlayır

“Apple“ hökumətin sındıra bilməyəcəyi sistem hazırlayır backend

ABŞ hökuməti ilə "Apple" şirkəti arasında mübahisə böyüyür.

Qaziler.az-ın Azadlıq Radiosuna istinadən məlumatına görə, "New York Times" qəzeti xəbər verir ki, "Apple" şirkətinin mütəxəssisləri iPhone smartfonları üçün ABŞ hökumətinin əlində olan mövcud üsullarla sındıra bilməyəcəyi müdafiə sistemi işləyib hazırlayırlar.

Qəzet yazır ki, bu işin nəticəsi böyük ehtimalla uğurlu olacaq. Əgər belə olarsa, şirkət hüquq-mühafizə orqanları üçün ciddi texniki çətinliklər yaratmış olacaq.

Obama administrasiyası hətta iPhone telefonlarına çıxış əldə etməklə bağlı mübahisədə qalib gəlsə belə, bu iş xeyli çətin olacaq. "O halda Federal Təhqiqat Bürosu "Apple"ın müdafiəsini neytrallaşdırmaq üçün başqa yol axtarmalı olacaq ki, bu da şirkət tərəfindən yeni məhkəmə çəkişmələrinə və texniki təkmilləşdirmələrə yol açacaq," - deyə qəzet bildirir.