Ordunun 4 general və admiralı korrupsiyada ittiham olundu

Ordunun 4 general və admiralı korrupsiyada ittiham olundu backend

Rusiya Silahlı Qüvvələrinin 4 yüksək rütbəli zabiti (general və admiral) barəsində korrupsiya cinayəti işi üzrə istintaq davam edir.

Qaziler.az-ın məlumatına görə, "Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Hərbi İstintaq Baş İdarəsinin genişləndirilmiş toplantısında qurumun rəhbəri Aleksandr Soroçkin bildirib.

Onun sözlərinə görə, son 5 ildə başçılıq etdiyi idarəyə yüksək rütbəli zabitlərin işi üzrə 22 cinayət işi göndərilib: "Hazırda belə işlərdən 4-ü araşdırılır. Onların hamısı korrupsiya cinayətində ittiham edilirlər".