Misir prezidenti Abdülfəttah əl Sisinin ölkə iqtisadiyyatına yardım məqsədi ilə çıxışı zamanı dediyi sözlər qalmaqala səbəb olub. Lent.az dünya mediasına istinadən xəbər verir ki, Sisinin dövlət telekanalında Misir iqtisadiyyatına yardım olsun deyə “özümü belə sataram” ifadəsi bir çoxları tərəfindən birmənalı qarşılanmayıb.
Sisinin bu sözləri ekspertlər tərəfindən tənqid edilib. Hətta sosial şəbəkələrdə Misir prezidentinin sözlərini ələ salan paylaşımlar edilir. Bu azmış kimi, “Ebay” onlayn alış-veriş portalında Sisinin özünü satışa çıxarması ilə bağlı elan verilib. Bundan sonra məsələyə dövlət qarışıb və bu elanlar yığışdırılıb.
Bildirilir ki, son illər Misir hökuməti həm daxili, həm xarici borclanmanı artırmaqla ölkə iqtisdadiyyatını çətin duruma salıb.