İslam koalisiyası Moskva üçün çoxlu suallar yaradıb. Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər nazirinin müavini Mixail Boqdanov söyləyib. Onun sözlərinə görə, bu qurum terrorizmin aradan qaldırılmasına xidmət etmir.
Qeyd edək ki, bir müddət öncə Səudiyyə Ərəbistanının rəhbərliyi altında İslam koalisiyası yaradılıb. Koalisiyada 34 islam ölkəsi birləşib.