Latakiyada çox sayda rus generalı öldürülüb

Latakiyada çox sayda rus generalı öldürülüb backend

Suriyada Əhrar əş-Şam qruplaşması və Beyan Hərəkatının Latakiya yaxınlığındakı Sonovber Cible bölgəsində bomba yüklənmiş maşınla etdikləri hücum zamanı çox sayda rus generalının həyatını itirdiyi iddia edilir.

Qaziler.az Anadolu Agentliyinə istinadən bildirir ki,təşkilatın internet saytında verilən məlumata görə, iki həftəyə yaxın aparılan hazırlıqdan sonra Əhrar əş-Şam və Beyan Hərəkatı üzvləri bomba yüklənmiş maşını Latakiyadan 15 km-lik məsafədə olan və rus hərbçilərinə aid ən önəmli əsgəri mərkəzlərdən biri kimi tanınan Cible bölgəsinə keçirə biliblər.

Məlumatda o da bildirilir ki, bölgədə yerləşdirilən maşındakı bombanın keçən bazar günü rus generallarının toplantıda olduğu zamanda partladıldığı və nəticədə çox sayda rus generalının öldüyü və yaralandığı iddia edilir.