Hərbi helikopterlər Türkiyənin cənubundakı kürd üsyançılara havadan zərbələr endirib, doqquz PKK üzvü ölüb.
Qaziler.az BBC-yə istinadən bildirir ki, məlumat Türkiyənin təhlükəsizlik xidmətindəki mənbədən verilib.Məlumata görə, helikopterlər kürd üsyançılarını Suriya ilə sərhəddə yerləşən Şirnak ərazisində atəşə tutublar.
Mənbədən verilən məlumatda əlavə olunur ki, bir qrup PKK döyüşçüsü keçən həftə komendant saatının elan edildiyi İdil rayonuna doğru hərəkət ediblər.
Xatırladaq ki, bundan bir qədər əvvəl PKK ilə əlaqəsi olan YPG 17 fevralda Ankarada 28 nəfərin ölümünə səbəb olmuş partlayışa görə məsuliyyəti üzərinə götürüb.
Qruplaşmanın bəyanatında deyilir ki, partlayış Türkiyə prezidenti Recep Tayyip Ərdoğanın kürdlərə qarşı siyasətinə və Cizre şəhərindəki vəziyyətə cavab olaraq həyata keçirilib.
Türkiyədə muxtariyyət uğrunda mübarizə aparan Kürdüstan Fəhlə Partiyası (PKK) terrorçu təşkilat sayılır.