Britaniyalı nazir: “Suriya kürdləri ruslara və Əsədə işləyir“

Britaniyalı nazir: “Suriya kürdləri ruslara və Əsədə işləyir“ backend

Britaniyanın xarici işlər naziri Filipp Hammond Suriyadakı silahlı kürd qruplaşmalarının Rusiya aviasiyası və Bəşər Əsəd qüvvələri ilə əməkdaşlıq etdiyini açıqlayıb.

APA TV-nin "Euronews"a istinadən məlumatına görə, diplomat bildirib ki, kürdlər həm ruslara, həm də Əsədi müdafiə edən qüvvələrə hərəkət və zərbə koordinatlarını ötürür.

"Son həftələr göstərir ki, artan gərginliyə səbəb məhz bu faktdır. Kürdlərin rus aviasiyası və Əsəd qoşunları ilə bu qədər sıx işbirliyi bizi narahat etməyə bilməz", - deyə nazir əlavə edib.



Xatırladaq ki, rəsmi Ankara Suriya kürdlərini terror təşkilatı olan PKK ilə əməkdaşlıqda ittiham etmişdi.