İlin əvvəlindən Avropaya 110 min miqrant gəlib

İlin əvvəlindən Avropaya 110 min miqrant gəlib backend

2016-ci ilin əvvəlindən Aralıq dənizilə Avropaya 110 mindən artıq qaçqın gəlib, miqrasiya məsələləri üzrə beynəlxalq qurumun məlumatında deyilir.

Qaziler.az BBC-ə istinadən bildirir ki,Beynəlxalq Miqrasiya Təşkilatına əsasən gələnlərin əksəriyyəti (97 min) Avropaya Yunanıstan üzərindən keçib.
Aİ ölkələrinə üz tutan insanların daha bir marşrutu İtaliyadan keçir.
Miqrantların çoxu Suriya, İraq və Əfqanıstan sakinləridir.
Yalnız yanvar ayı ərzində Aİ ölkələrinə gələn miqrantların sayı ötən ilin eyni vaxt kəsimində gələnlərin sayından 10 qat çoxdur.
İlin əvvlindən bəri Avropaya gəlməyə çalışan 410 miqrant həyatını itirib. Ölüm hallarının əksəriyyəti Türkiyə ilə Yunanıstan arasındakı Egey dənizində qeydə alınıb.
2016-ci ildə Avropa İttifaqına daha bir milyon miqrant gələcəyi gözlənilir, Beynəlxalq Miqrasiya Təşkilatının son proqnozunda deyilir.