Amerikalılar hansı ölkələri düşmən sayır? - SORĞU

Amerikalılar hansı ölkələri düşmən sayır? - SORĞU backend

Dünyanın nüfuzlu sorğu agentliklərindən olan "Gallup" amerikalılar arasında Birləşmiş Ştatların əsas düşmənlərinin kimliyi ilə bağlı sosioloji sorğu keçirib. APA TV-nin Vesti.ru-ya istinadən xəbərinə görə, tədqiqatın ümumi nəticələrinə əsasən, rəyi soruşulanların 16 faizi Şimali Koreyanı ölkənin əsas düşməni hesab edir.

2015-ci ildə amerikalılar tərəfindən əsas düşmən hesab edilən Rusiya isə bu ilki siyahıda ikinci yerdə qərarlaşıb. Ölkə əhalisinin 14 faizi İranı Amerikanın əsas düşmən ölkəsi adlandırıb, Çin isə 12 faizlik göstərici ilə 4-cü mövqedə yer alıb.

Sorğuda iştirak edənlərin 5 faizi isə İŞİD qruplaşmasını Birləşmiş Ştatlar üçün əsas təhlükə hesab edir.