“Boko Haram”ın uşaqlara qarşı növbəti cinayəti

“Boko Haram”ın uşaqlara qarşı növbəti cinayəti backend

Kamerunda ekstremist təşkilat olan “Boko Haram”ın əsir düşərgəsindən xilas edilən 80 -ə qədər uşaq öz adlarını və valideynlərini unudublar. Beş yaşından 18 yaşına qədər olan bu uşaqların ciddi reabilitasiyaya ehtiyacları var. Qazilər.az saytı BBS –yə istinadən xəbər verir ki, Kamerun təhlükəsizlik qüvvələri tərəfindən azad edilən bu azyaşlı əsirlərə cihad ideologiyası təlqin edilib. Nəticədə onlar sülh dövründə kim olduqlarını unudublar.

Hazırda bu uşaqlar uşaq evlərinə yerləşdiriblər və reabilitasiya kursu keçirlər. “Mənim öz ölkəmdə gələcəyim yoxdur. Çünki mənim təhsilim və valideynlərim yoxdur. Bu da ona görədir ki, mənim ölkəmdə sülh yoxdur”. Bu sözləri 12 yaşlı Əli Həsən deyib. O da başqa uşaqlar kimi ekstremistlərin onun valideynlərini necə öldürdüklərini, “Qırmızı Xaç Cəmiyyəti” əməkdaşlarının onların cəsədini polietilen torbaya qoymaqlarını öz gözləri ilə görüb.
Diaspora