Ukraynada “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nın lideri qətlə yetirilib. APA TV-nin Rusiya saytlarına istinadən xəbərinə görə, qətl İqor Strelkov Qirkin evindən çıxarkən törədilib.
Ona killer tərəfindən atəş açıldığı bildirilir.Ukrayna mətbuatı qətldə Rusiya rəhbərliyinin əlinin olduğunu iddia edir. Qirkin bir müddətdir Vladimir Putini kəskin tənqid edib. Öldürülən şəxs həm də Donbas və Krımın Rusiya tərəfindən ilhaqı barədə gizli məlumatları bilib.
Ukrayna mətbuatı onun qətlinin məhz bu faktlara görə sifariş olunduğunu yazır. Qirkin hadisə yerində keçinib.