ŞOK İDDİA: “Putin Ərdoğanı nüvə silahı ilə qorxudub“

ŞOK İDDİA: “Putin Ərdoğanı nüvə silahı ilə qorxudub“ backend

Məşhur amerikalı jurnalist Robert Perri şok iddia ilə çıxış edib. Lent.az “Doğan” xəbər agentliyinə istinadən xəbər verir ki, 1980-cı ildə İranla bağlı məşhur skandalın (ABŞ-ın İrana satdığı silahın əslində Nikaraquaya göndərilməsi ilə bağlı xəbər) ortaya çıxmasında pay sahibi olan R.Perri bu dəfə Rusiya prezidenti Vladimir Putinlə bağlı iddianı ortaya atıb.

Bir vaxtlar “Asoşeyted Press”in Mərkəzi Amerika müxbiri olan və hazırda consortiumnews.com saytında çalışan jurnalist deyib ki, Rusiya prezidenti Vladimir Putin Türkiyəni nüvə silahı ilə təhdid edib: “Putinə yaxın bir mənbə mənə deyib ki, Rusiya Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanı Səudiyyə Ərəbistanı ilə birgə Suriyada quru əməliyyatlarına başlayacağı təqdirdə nüvə silahı ilə qorxudub. Rusiya hökuməti bu addımı atmağa və taktiki nüvə silahını işə salmağa hazırdır”.

Məşhur jurnalist nüvə silahının tətbiqinin dünyada böyük rezonanslar doğura biləcəyini və NATO-nun da buna adekvat cavab verə biləcəyini qeyd edib.